AZ

Hillary Klinton Trampı Ağ Evin “dağıdılmasında” ittiham etdi

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton ölkə prezidenti Donald Trampı Ağ Evin memarlıq görünüşünü “məhv etməkdə” ittiham edib.

Editor.az xəbər verir ki, Klinton bu barədə sosial şəbəkə X-də paylaşım edərək Trampın Ağ Evdə aparmaq istədiyi dəyişikliklərə etirazını bildirib:

“Bu ev onun deyil, bizimdir. O isə onu dağıdır”, — deyə sabiq dövlət katibi yazıb.

Onun sözlərinə görə, Tramp Ağ Evin Şərq qanadının bir hissəsini sökərək yeni tikilən bal zalına keçid yaratmaq niyyətindədir.

Qeyd edək ki, Donald Tramp avqust ayında Ağ Evin 200 milyon dollar dəyərində genişmiqyaslı yenidənqurma layihəsini həyata keçirməyi planlaşdırdığını açıqlamışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
107
34
editor.az

10Mənbələr