EN

Ağ Ev sökülür

ABŞ Prezidenti Donald Tramp Ağ Evin ərazisində bal zalının tikintisinə başlanıldığını açıqlayıb. 

“Cebheinfo.az” “NBC News”-a istinadən xəbər verir ki, bu məqsədlə binanın bir hissəsi sökülür.

Trampın layihəsi çərçivəsində Ağ Evin Şərq Qanadının bir hissəsində söküntü işləri oktyabrın 20-də başlayıb. 

Bu barədə ilkin olaraq administrasiyanın sözçüsü mediaya məlumat verib və sonra ABŞ Prezidentinin özü tərəfindən açıq şəkildə təsdiqlənib.

"Mən Ağ Evin ərazisində yeni, möhtəşəm və gözəl bal zalının tikintisinə başlandığını elan etməkdən məmnunam. Ağ Evin özündən tamamilə ayrı olan Şərq Qanadı bu prosesin bir hissəsi kimi tamamilə modernləşdirilir və tamamlandıqda daha da gözəlləşəcək", - Tramp yazıb.

O əlavə edib ki, 150 ildən artıqdır hər bir prezident qala qəbulları, dövlət səfərləri və digər tədbirlərə ev sahibliyi etmək üçün Ağ Evdə bal zalı arzusunda olublar.

"Mən bu çox ehtiyac duyulan layihəni Amerika vergi ödəyicisi üçün heç bir xərc tələb etmədən həyata keçirən ilk prezident olmaqdan böyük şərəf duyuram", - ABŞ Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ağ Ev bal salonu xeyriyyəçilər, böyük Amerika şirkətləri tərəfindən maliyyələşdirilir.

Chosen
105
34
cebheinfo.az

10Sources