Mərkəzi Bankın proqnozu göstərir ki, qızılın qiyməti artmağa davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, son illərdə qlobal iqtisadiyyatda baş verən qeyri-müəyyənlik nəzərə alınarsa, qızılın qiymətinin artması gözlənilən faktordur:
"Növbəti ildə də bu qeyri-müəyyənliklər aradan qaldırılmayacaq. Əks hal da mümkündür - son iki ildə qızılın artım faizi kifayət qədər yüksək olub, lakin ola bilər ki, 2-3 faiz azalma, volatillik ola bilər. Biz bunu Neft Fondu ilə birbaşa müzakirə etməmişik, lakin baxışımız ondan ibarətdir ki, artım davam edəcək. Bu ola bilər ki, eyni sürətlə olmasın".