AZ

Mərkəzi Bankda ekspertlərlə pul-kredit siyasəti müzakirə edildi

BAKI, 23 oktyabr. TELEQRAF

Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımov ekspertlərlə növbəti dəfə görüşüb.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, görüş zamanı pul-kredit siyasəti, nəzarət və tənzimləmə çərçivələri, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də mərkəzi bankçılığın aktual məsələləri ətrafında səmərəli və konstruktiv müzakirələr aparılıb.

Qeyd edək ki, ekspertlərlə mütəmadi fikir mübadiləsi və ikitərəfli dialoqun inkişafı ictimai rəyin düzgün formalaşmasına, bununla da Mərkəzi Bankın qərarlarının əhaliyə və tərəfdaşlara daha dolğun və şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verir.

Seçilən
16
44
teleqraf.com

10Mənbələr