EN

Oğuzda odlu silahlar polisə təhvil verildi

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri 1-i yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları 2 ov tüfəngini könüllü olaraq təhvil veriblər.

Chosen
692
27
publika.az

10Sources