News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 5 ov tüfəngi, 5 qumbara və 146 ədəd patron aşkar edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.