AZ

Oğuz rayon sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri biri yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları iki ov tüfəngini könüllü olaraq təhvil veriblər.

Seçilən
636
27
sia.az

10Mənbələr