Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu
Ajans.az xəbər verir ki, təmsilçilərimizdən Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb. Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medal əldə edib.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Ziya Babaşov (63 kq) dünya çempionu olmuşdu.