Azərbaycan yunan-Roma güləşçiləri U-23 dünya çempionatında uğurlu çıxış ediblər. 

Offsideplus.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıblar.

Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirovu (UWW) 3:2 hesabı ilə məğlub edərək dünya çempionu adını qazanıb.

Ruslan Nurullayev (72 kq) isə bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Qaspar Terteryan üzərində 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bundan öncə güləşçimiz Ziya Babaşov (63 kq) da qızıl medal əldə edərək dünya çempionu olub.