AZ

Güləşçilərimiz dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazandılar

Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar.

Publika.az xəbər verir ki, təmsilçilərimizdən Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medal əldə edib.

Seçilən
49
14
publika.az

10Mənbələr