EN

İslamiada: Azərbaycan futzal millisinin rəqibləri bəlli olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışlarının püşkü atılıb.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, reqlamentə əsasən, 8 ölkənin yığması hər birində 4 komanda olmaqla 2 qrupa bölünüb. Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran seçmələri yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan yığmalar yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qızıl, gümüş və bürünc medalçıların adları isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.

Chosen
27
2
90deqiqe.az

10Sources