AZ

Yığmamızın İslam Oyunlarında rəqibləri müəyyənləşdi

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Ər Riyad 2025" İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb.

Sportal.az xəbər verir ki, reqlamentə əsasən iştirakçı 8 komanda hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünüb.

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. 

B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq.

İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq.

Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq.

Qızıl, gümüş və bürünc medalçıların adları isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
9
sportal.az

10Mənbələr