ABŞ prezidenti Donald Tram Malayziya, Yaponiya və Koreya Respublikasına səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Ağ Evin mətbuat katibi Kerolin Levitt açıqlayıb. Onun sözlərinə görə, Tramp ikitərəfli danışıqlarla yanaşı, ASEAN və APEC tədbirlərində də iştirak edəcək.
Səfər çərçivəsində Tramp və Çin rəhbəri Si Cinpin arasında danışıqların 30 oktyabrda Cənubi Koreyada keçirilməsi planlaşdırılır.
Reuters-in məlumatına görə, Trampın səfəri zamanı əsasən ticarət və vacib mineralların hasilatına təsir edən bir neçə iqtisadi müqavilə imzalaması gözlənilir.
ABŞ mənbələrinə görə, Tramp Si Cinpinlə gələcəkdə mümkün ikitərəfli ticarət şərtlərini müzakirə etməyi ümid edir.
Musavat.com