ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında qarşıdan gələn Asiya turu çərçivəsində görüşün keçirilməsi planlaşdırılmır.
APA xəbər verir ki, bu barədə Reuters agentliyi yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ lideri yaxın saatlarda xarici səfərə yola düşəcək. Ağ Evin mətbuat katibi Kerolayn Livittin sözlərinə görə, Tramp Malayziya, Yaponiya və Cənubi Koreyaya səfər edəcək.
Tur çərçivəsində oktyabrın 30-da Cənubi Koreyada ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında danışıqların keçirilməsi planlaşdırılır.