Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin gələn cümə axşamı Cənubi Koreyada görüşəcək.
Turkustan.az xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ prezidenti Donald Trampın Asiya turu çərçivəsində oktyabrın 30-da Cənubi Koreyada Çin prezidenti Si Cinpinlə görüşəcəyini açıqlayıb.
Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində Tramp və Xi arasında keçirilən sammitlə bağlı açıqlama verib.
Sözçüsü Leavitt, Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitinə qatılacaq Trampın oktyabrın 30-da Çin prezidenti Xi ilə ikitərəfli görüş keçirəcəyini bildirib.
ABŞ prezidenti Donald Tramp Çin prezidenti Xi Jinping ilə "çox ədalətli" razılaşma əldə edəcəyinə və "çox güclü ticarət sazişi" bağlayacağına inandığını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Aytən Yaşar/ Turkustan.az