EN

Rusiya Kiyevə ballistik raketlərlə hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB-1

Rusiya ordusunun Kiyevə ballistik raketlərlə hücumu nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.

Məlumatına görə, yaralananların sayı 10-a çatıb.

***

09:14

Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.

Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.

Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.

***

04:12

Kiyev şəhərinin meri Vitaliy Kliçko paytaxt ərazisində baş verən partlayışlar barədə məlumat verib.

APA xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.

“Paytaxtda partlayışlar baş verir”, — deyə Kliçko qeyd edib.

Rusiya
Chosen
48
3
apa.az

10Sources