AZ

Rusiya Kiyevdə uşaq bağçasına ballistik raketlərlə hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB

Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.

Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.

Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.

***

04:12

Kiyev şəhərinin meri Vitaliy Kliçko paytaxt ərazisində baş verən partlayışlar barədə məlumat verib.

APA xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.

“Paytaxtda partlayışlar baş verir”, — deyə Kliçko qeyd edib.

Seçilən
26
4
apa.az

10Mənbələr