Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.
Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.
Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.
***
04:12
Kiyev şəhərinin meri Vitaliy Kliçko paytaxt ərazisində baş verən partlayışlar barədə məlumat verib.
Bu barədə o, Telegram kanalında paylaşım edib.
“Paytaxtda partlayışlar baş verir”, — deyə Kliçko qeyd edib.
"Cebheinfo.az"