EN

Melaniya Trampla buna görə mübahisə etdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“ABŞ-ın birinci xanımı Melaniya Ağ Evin sökülməsi fikrini bəyənmir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” Tramp administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

“Melaniya ABŞ Prezidenti Donald Trampla özəl söhbətində onun qərarını tənqid edib. Birinci xanım layihə ilə bağlı narahatlığını bildirib”, – deyə qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp özünün “Truth Social” sosial media hesabında dövlət başçılarını və digər yüksək rütbəli qonaqları qəbul etmək üçün Ağ Evdə bal zalının tikintisinə başlandığını elan edib. Yeni bal zalının keçmiş Şərq qanadının yerində tikilməsi planlaşdırılır və layihənin 300 milyon dollara başa gələcəyi gözlənilir. Bu günə kimi 350 milyon dollar toplandığı bildirilir. Rəsmilər bal zalının hazırkı prezidentin adının veriləcəyini gözləyirlər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
3
globalinfo.az

10Sources