Bakı. Trend:
Qara dənizdə, İstanbul yaxınlığında 3,7 bal gücündə zəlzələqeydə alınıb.
Trend xəbər verirki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)məlumat yayıb.
Zəlzələnin episentri İstanbuldan 13 kilometr şimal-qərbdə,sahildən təxminən 16 kilometr aralıda yerləşib. Kandilli SeysmolojiMərkəz isə zəlzələnin gücünü 3,9 bal olaraq açıqlayıb.
Metropolitenin bir neçə bölgəsinin sakinləri yeraltı təkanlarıhiss edib. Lakin dağıntı və tələfat barədə məlumat yoxdur və yerlisakinlər arasında panika qeydə alınmayıb.