AZ

İstanbul yaxınlığında zəlzələ oldu

Qara dənizdə, İstanbul yaxınlığında 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Paralel.az xəbər verir ki bu barədə informasiyanı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Məlumata görə, zəlzələnin episentri İstanbulun şimal-qərbində, sahildən təxminən 16 kilometr aralıda və 13 kilometr dərinlikdə yerləşib.

Kandilli seysmologiya mərkəzinin məlumatına əsasən, yeraltı təkanın maqnitudası 3,9 bal olaraq ölçülüb.

Seçilən
23
6
paralel.az

10Mənbələr