Qara dənizdə, İstanbul yaxınlığında 3,7 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri İstanbuldan 13 kilometr şimal-qərbdə, sahildən təxminən 16 kilometr aralıda yerləşib. Kandilli Seysmoloji Mərkəz isə zəlzələnin gücünü 3,9 bal olaraq açıqlayıb.
Metropolitenin bir neçə bölgəsinin sakinləri yeraltı təkanları hiss edib.Dağıntı və tələfat barədə məlumat yoxdur.