17 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Kosovo ilə qarşılaşacaq.
Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində, Bakı vaxtı ilə saat 14.00-da start götürəcək.
Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.
Xatırladaq ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.