AZ

Yığmamız AÇ-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Kosovo ilə qarşılaşacaq.

Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

Seçilən
37
6
bakivaxti.az

7Mənbələr