AZ

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq » AzadMedia.az



Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

B Liqasının I qrupunda yer alan komanda Kosovo ilə qarşılaşacaq.

Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.
Seçilən
7
6
azadmedia.az

7Mənbələr