Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 8-ci və 9-cu turlarının oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
8-ci turun oyunları üç, 9-cu turun matçları isə iki günü əhatə edəcək.
Birinci Liqa
8-ci tur
20 noyabr
“Zaqatala” – “Şahdağ Qusar”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
MOİK – “Mingəçevir”
Binə qəsəbə stadionu, 14:00.
“Cəbrayıl” – “Şimal”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
21 noyabr
“Baku Sportinq” – “Səbail”
Buzovna qəsəbə stadionu, 14:30.
22 noyabr
“Şəfa” – “Difai”
Binə qəsəbə stadionu, 14:45.
9-cu tur
26 noyabr
“Mingəçevir” – “Baku Sportinq”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Şimal” – “Zaqatala”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
27 noyabr
“Difai” – MOİK
Ağsu şəhər stadionu, 14:30.
“Şahdağ Qusar” – “Şəfa”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Səbail” – “Cəbrayıl”
“Bayıl Arena”, 15:00.

