AZ

Ceyhun Nuriyev Premyer Liqada 100-cü oyununu keçirdi - ARENA.AZ

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 9-cu turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/2021-ci illər mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb.

Ceyhun Nuriyev 2024-cü ildə debüt etdiyi Azərbaycan millisində 10 oyun keçirib. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi daha öncə U-17 və U-21 yığmalarımızın da şərəfini qoruyub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
2
18
arena.az

10Mənbələr