EN

Türkiyədə 6,1 maqnitudalı zəlzələ Üç bina və bir mağaza uçub

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar 27 oktyabr tarixində, yerli vaxtla saat 22:48-də (Bakı vaxtı ilə 23:48-də) vilayətin Sındırqı rayonunda qeydə alınıb. Zəlzələnin ocağı təxminən 6 kilometr dərinlikdə yerləşib.

Təkanlar İstanbul da daxil olmaqla, bir sıra yaxın şəhərlərdə də hiss olunub.

Daxili işlər naziri Ali Yerlikayanın açıqlamasına görə, zəlzələ nəticəsində Sındırqı rayonunda üç bina və bir mağaza uçub. Nazir qeyd edib ki, həmin binalar istifadəsiz olub və hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb.

Səhiyyə naziri Kemal Memişoğlu isə açıqlamasında indiyədək tibb xidmətlərinə hər hansı müraciətin qeydə alınmadığını bildirib.

Qeyd edək ki, zəlzələ nəticəsində bir neçə binada dağıntılar müşahidə edilsə də, can itkisi baş verməyib.

Balıkesir'in Sındırgı ilçesinde meydana gelen depremde bazı binalar yıkıldı, elektrikler kesildiUmarız can kaybı yaşanmaz #deprem #sallandık #Sondakika pic.twitter.com/WSEbuJ9CJ0

— Ramazan Selimoğlu (@selimoluramzn) October 27, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
91
1
baku.ws

10Sources