AZ

Zəlzələdə yaralananların sayı 19-a çatıb - Yenilənib 

Mərkəzi Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınan güclü zəlzələdən zərər çəkən 19 nəfərdən 4-ü artıq evə buraxılıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu açıqlama verib.

 
***

Türkiyənin Balıkesir vilayətində baş vermiş zəlzələ nəticəsində 3 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Qeyd edək ki, Balıkesirin Sındırqı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ səbəbilə şəhər üzrə təhsilə bir gün fasilə verilib.

***

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Balıkesirdə zəlzələ nəticəsində 4 binanın uçduğunu açıqlayıb.

Bu barədə APA-nın Türkiyə bürosu məlumat verib.

O həmçinin zəlzələnin fəsadlarına dair araşdırmaların davam etdirildiyi qeyd edib.

***

Balıkesirin, Sındırgı bölgəsində baş vermiş 6,1 bal gücündə zəlzələdən sonra rayonda bir neçə binanın çökdüyü bildirilir.

Bu barədə APA-nın Türkiyə bürosu məlumat verir.

İnsan tələfatı ilə bağlı isə hələ ki, heç bir məlumat yoxdur.

İstanbul valiliyi də Sındırgı bölgəsində baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.

Valilik hazırda İstanbulda hər hansı dağıntı və tələfat barədə məlumatın daxil olmadığını açıqlayıb.

***

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Balıkesirin Sındırqı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar açıqlama verib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir hazırda ərazidə araşdırma aparıldığını, dağıntı və tələfat barədə isə yaxın saatlarda ətraflı məlumat veriləcəyini deyib.

“Balıkesirin Sındırgı bölgəsində baş verən və ətraf vilayətlərdə də hiss olunan 6,1 bal gücündə zəlzələ ilə bağlı Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) və aidiyyəti qurumlarımızın bütün komandaları dərhal sahə araşdırmalarına başlayıblar. Hadisənin gedişatını yaxından izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirik”, - o bildirib.

***

Balıkesirin Sındırqı rayonunda yenidən zəlzələ baş verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, zəlzələ 4,2 bal gücündə yerin 7 km dərinliyində qeydə alınıb.

Poliqon.info

Seçilən
28
3
poliqon.info

10Mənbələr