Türkiyədə Balıkesirin Sındırqı bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, zəlzələ yerin 5,99 km dərinliyində baş verib.
Zəlzələ Balıkəsirlə yanaşı, İstanbul, Manisa, İzmir və Aydın kimi vilayətlərdə də hiss olunub.
Zəlzələ yerli vaxtla saat 22:48-də qeydə alınıb. Hadisə zamanı 19 nəfərin zərər çəkdiyi, onlardan 4-nün evə buraxıldığı qeyd olunub.