Bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri son dövrlərdə artıb.
Publika.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilib ki, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.
Bu kodlar paylaşıldığı halda istifadəçilərin “WhatsApp” hesabları oğurlanır. Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir.
ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir: