EN

FHN Aviasiya dəstəsi ağacəkmə aksiyası keçirib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.

QHT.az xəbər verir ki, dəstənin şəxsi heyətinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası aviabazanın ərazisində təşkil olunub.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Ağacəkmə aksiyasında Dəstənin əməkdaşları tərəfindən eldar şamı, küknar və müxtəlif növ meyvə ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Chosen
14
4
qht.az

5Sources