BAKI, 30 oktyabr. TELEQRAF
Ermənistan hökumətinin bugünkü iclasında müzakirə olunan layihələr arasında “Hərbi vəzifə və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qərar da var.
Teleqraf xəbər verir ki, burada 24 aylıq məcburi hərbi xidmət müddətinin 2025-ci ilin qış çağırışından başlayaraq 6 ay azaldılması, 18 aylıq müddətli həqiqi hərbi xidmət müddətinin müəyyən edilməsi nəzərdə tutulur.
Qanun layihəsinin qəbulu 2025-ci ilin qış çağırışı çərçivəsində 2026-cı ilin yanvar ayından başlanan 18 aylıq xidmət müddəti 2027-ci ilin iyulunda başa çatdığından, 2027-ci ilin ikinci yarısından başlayaraq məcburi hərbi xidmətin təşkili xərclərinin azalacağını proqnozlaşdırır.
 
                        