Ermənistan hökuməti bu gün keçirilən iclasda hərbi xidmət və hərbi qulluqçunun statusu ilə bağlı qanuna dəyişikliklərin edilməsi barədə qərar qəbul edərək xidmət müddətini 18 aya salıb. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qərara əsasən, 2025-ci ilin qış çağırışından etibarən hərbi xidmətin müddəti 24 aydan 18 aya qədər azaldılır.
Hökumət bildirir ki, bu dəyişikliklər hərbi çağırışçıların yükünün yüngülləşdirilməsi və xidmət müddətinin optimallaşdırılması məqsədini daşıyır.
Bundan əlavə, qanun layihəsi 2027-ci ilin ikinci yarısından məcburi hərbi xidmətin təşkili xərclərinin azalmasını nəzərdə tutur.