2025-ci il yanvarın 1-dən Ermənistanda məcburi hərbi xidmət müddəti altı ay azaldılır.
NOCOMMENT.az xəbər verir ki, Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib.
Yeni dəyişiklikdə 2025-ci ilin qış çağırışından başlayaraq məcburi hərbi xidmətin əvvəlki kimi 24 ay deyil, 18 ay olması nəzərdə tutulur.
Bu isə o deməkdir ki, 2026-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılan əsgərlər 2027-ci ilin iyulunda xidmətini başa vuracaqlar.
Qanunvericilik təşəbbüsü tezliklə müzakirə və təsdiq üçün parlamentə göndəriləcək.