EN

Yunanıstana xam neft məhsullarının ixracı 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 268,4 milyon ABŞ dolları dəyərində 500,7 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 85,4 faiz və ya 123,6 milyon dollar, həcm baxımından isə 2,2 dəfə və ya 272,4 min ton üstələyir.

Cari ilin ilk 9 ayı ərzində ölkədən ümumilikdə 8,93 milyard dollar dəyərində 16,99 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Yunanıstan 7-ci yerdə qərarlaşıb və ixrac həcminin 2,94 faizi bu ölkənin payına düşüb.

Chosen
46
3
vergiler.az

7Sources