AZ

İtaliya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya 4,99 milyard ABŞ dolları dəyərində 9,58 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 19,9 faiz və ya 828,8 milyon dollar, həcm baxımından isə 45,8 faiz və ya 3 milyon ton üstələyir.

Cari ilin ilk 9 ayı ərzində ölkədən ümumilikdə 8,93 milyard dollar dəyərində 16,99 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac həcminin 56,4 faizi bu ölkənin payına düşüb.

Seçilən
68
3
vergiler.az

7Mənbələr