AZ

İrlandiya Azərbaycandan xam neft məhsullarının tədarükünü kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İrlandiyaya 174,2 milyon ABŞ dolları dəyərində 331,5 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 3,2 dəfə və ya 120 milyon dollar, həcm baxımından isə 3,8 dəfə və ya 245,5 min ton üstələyir.

Cari ilin ilk 8 ayı ərzində ölkədən ümumilikdə 8,39 milyard dollar dəyərində 15,9 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İrlandiya 8-ci yerdə qərarlaşıb və ixrac həcminin 2,08 faizi bu ölkənin payına düşüb.

Seçilən
140
3
vergiler.az

7Mənbələr