EN

Ermənistanda tələbə avtobusu dərəyə aşıb, 30 yaralı var

Ermənistanın Tavuş kəndi yaxınlığında avtobus qəzası olub, azı 30 yaralı var.Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə günorta saatlarında baş verib. Tələbələri daşıyan sərnişin avtobusu dərəyə aşıb.

İlkin məlumata görə, vəziyyəti ağır olan 6 yaralı İrəvana aparılacaq. Bir nəfərin isə vəziyyəti sabit ağırdır və əməliyyat olunub.

Avtobusda İrəvan Dillər Universitetinin tələbələri olub.

Chosen
30
1
anews.az

10Sources