AZ

Ermənistanda baş verən avtobus qəzasında 30 nəfər yaralanıb

Tbilisi, 2 noyabr, AZƏRTAC

Ermənistanın Tavuş vilayətinin Aqarçin kəndində tələbələri daşıyan sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Hadisə Haqartsin monastır kompleksinin yaxınlığında baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində 30 nəfər yaralanıb.

Səhiyyə nazirinin müavini Armen Qasparyan hadisə yerinə səfər edib. Əməliyyat olunan bir neçə xəstənin vəziyyəti stabil və ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti orta ağırdır.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
58
9
azertag.az

10Mənbələr