AZ

Ermənistanda tələbələrin avtobusu aşdı, xeyli yaralı var VİDEO YENİLƏNİB

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın şimal-şərqindəki Tavuş vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Altı yaralının İrəvana aparılacağı bildirilir; yaralılardan birinin vəziyyəti sabit ağırdır və əməliyyat olunub.

Qeyd edək ki, qəza Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb. İrəvan Dillər Universitetinin tələbələrini daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə fövqəladə yardım xidmətləri göndərilib, hadisənin səbəbləri araşdırılır.

***18:51

Ermənistanda içərisində 50 sərnişin olan avtobus aşıb.

Avtosfer.az xəbər verir ki, qəza Haqartsin monastırı yaxınlığında baş verib. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, avtobusda Bryusov Dilçilik Universitetinin tələbələri olub.

Hazırda 18 yaralı məlumdur, onlardan birinin vəziyyəti ağırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
9
avtosfer.az

10Mənbələr