EN

Abubakarın debütü Premyer Liqa tarixinə düşüb

ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi”nin futbolçusu Vensan Abubakar Misli Premyer Liqasındakı debütündə ardıcıl 2 oyunda qol vurub.

Apasport.az xəbər verir ki, kamerunlu hücumçu IX turun “Qəbələ” (2:0) və X turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. Hər görüşdə 1 dəfə fərqlənən afrikalı forvard Premyer Liqanın son 6 mövsümündə yeganə debütantdır ki, ilk iki qarşılaşmanı qolsuz tərk etmir.

Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.

Elmar Baxşıyev: “Komanda olaraq daha artığını etməliyik”

“Araz” “Sumqayıt” səfərindən əliboş qayıdır - YENİLƏNİB

Kayl Spens: "Oyunların nəticəsini əvvəlcədən bilsəydim…”

Kurban Berdıyev: “Qələbəyə layiq idik"

Ayxan Abbasov: “Meydança sərt oyunu tələb edirdi”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
8
apasport.az

10Sources