AZ

Abubakar debütü ilə Premyer Liqanın tarixinə düşdü

"Neftçi"nin hücumçusu Vensan Abubakar Misli Premyer Liqasının tarixinə keçib.
 
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
 
Bildirilib ki, kamerunlu hücumçu IX turun "Qəbələ" (2:0) və X turun "Kəpəz"lə (5:1) matçlarında fərqlənib. Hər görüşdə bir dəfə fərqlənən afrikalı forvard Premyer Liqanın son 6 mövsümündə yeganə debütantdır ki, ilk iki qarşılaşmanı qolsuz tərk etmir.
 
Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel "Qəbələ"yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. "Sabah"la "Səbail"in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.
Seçilən
39
7
moderator.az

10Mənbələr