EN

Köməksiz vəziyyətdə qalan Astara sakinləri xilas olunublar - DSX (FOTO)

Bakı.Trend:

Oktyabr ayının 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astarasahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzərdənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçıqayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batmatəhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

Trend xəbərverir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, təxirəsalınmaz tədbirlər görülərək dövlətsərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyənedilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmiş və operativşəkildə hadisə yerinə çatmışdır.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikasıvətəndaşları, Astara rayon sakinləri – 1980-cı il təvəllüdlüAğabalayev Ruhid Murtuza oğlu, 1985-ci il təvəllüdlü Həsənov NamikXanhüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürət oğlusərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahiləçıxarılıb.

Köməksiz
Köməksiz
Köməksiz
Məqalədə:
Chosen
22
34
az.trend.az

10Sources