EN

Məhəmməd Salah: “Mövsüm bizim üçün çətin keçir” - ARENA.AZ

“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah “qırmızılar”ın cari mövsümdəki son uğursuzluq silsiləsini şərh edib.

Arena.az misirli futbolçunun müvafiq qənaətini təqdim edir:

“Mövsüm bizim üçün çətin keçir. Bu il komandamızda bir neçə yeni oyunçumuz var. Yaxşı alışlardır, amma onların komandaya uyğunlaşması üçün zaman gərəkdir”, deyə Salah nöqteyi-nəzərini əsaslandırıb.

Xatırladaq ki, Premyer Liqanın cari mövsümündə ardıcıl 4 oyun idi uduzan “Liverpul” uğursuz gedişata son turdakı “Aston Villa” ilə ev oyununda son qoyub – 2:0. Salah bu oyunda bir qol və bir assistlə qələbədə əsas pay sahiblərindən olub. “Liverpul” hazırda 18 xalla yarışın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində 14 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 415 oyun, 250 qol, 116 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 106 oyun keçirib, 61 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
49
45
arena.az

10Sources