EN

Dövlət büdcəsinə vergi borcları 450 milyon manatı keçib

2025-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə olan vergi borcları ilin əvvəli ilə müqayisədə 452,6 mln. manat və ya 14,3% artmış borcun əsas hissəsi qeyri neft-qaz sektorunun payına düşüb.

Ölkə.az xəbər verir ki, bu, 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Vergi borcunun artımına həm verginin əsas məbləği, həm də maliyyə sanksiyası və faizlər təsir etmişdir. Borc artımının 60,3%-i əsas məbləğə məxsus olduğu halda, 25,3%-i də faizlər hesabına təmin edilmişdir. Dövrün sonuna olan borc məbləğinin 35,1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması bu istiqamətdə inzibatçılığın artırılmasını labüd edir.

Mürtəza

Chosen
16
6
olke.az

7Sources