EN

“Mübarizələrə girəndə vərəqə yox, top almağı fikirləşirəm” – Elvin Cəfərquliyev

“Qarabağ” sabah Çempionlar Liqasının liqa mərhələsində 4-cü oyununa çıxacaq. “Football-plus.az” xəbər verir ki, bu gün Tofiq Bəhramov adına stadionda mətbuat konfransı keçirilib. Əvvəldə müdafiəçi Elvin Cəfərquliyev jurnalistlərin suallarını cavablayıb.
- Sabah böyük komandaya qarşı oynayacağımızın fərqindəyik. Oyunun mahiyyətinin fərqindəyik. Təhlil etmişik. Fərqli sistemdə oynayırlar. Ani səhv hər şeyi həll edə bilər.
- "Çelsi"nin sağ cinahında Estevao oynayacaq. Onun texnikalı və simulyasiyaya meyilli olduğunu nəzərə almısan? Yəqin ki, sənə vərəqə aldırmağa çalışacaq.
- Belə böyük oyunlarda temp yüksək olur. Təkbətək mübarizələrdə çox yaxşı oynamağı bacarmalıyıq. Belə futbolçulara qarşı çox oynamışıq. Harda, nə etməli olduğumuzu bilirik. Mübarizələrə girəndə vərəqə yox, top almağı fikirləşirəm.
- "Çelsi"ni hansı axsayan mövqeləri ola bilər ki, onları üstələyəsiz?
- Bu gün onların mənfi tərəflərindən danışmasam, yaxşıdı. Sabah oyunda göstərsək, yaxşı olar. "Çelsi"ni təhlil etmişik, fərqli sxemdə oynayırlar. Çox yüksək pressinq edirlər, amma boşluqları da olur. Sabah bundan istifadə edə bilərik.
MÜZƏFFƏR QULUZADƏ

Chosen
36
2
football-plus.az

6Sources