AZ

“Bu gün “Çelsi”nin mənfi tərəflərindən danışmasam yaxşıdır” – Elvin Cəfərquliyev 

“Sabah çox böyük komandaya qarş oynayacağıq. Bunun fərqindəyik. Çox inamlı, mübariz və səbirli olmalıyıq. Bilirik ki, bu oyunun mahiyyəti böyükdür. Bütün Azərbaycanın gözü bizdə olacaq. Komanda olaraq çox rahat oynamalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Fərqli sistemdə oynayırlar. Ani səhv hər şeyi həll edə bilər. Rəqibin güclü futbolçuları var. Komanda olaraq oyuna hazırıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev sabahkı “Çelsi” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bu cür böyük oyunlarda temp yüksək olur. Birəbir mübarizələrdə çox yaxşı oynamağı bacarmalısan. Belə futbolçulara qarşı çox oynamışıq. Bilirik harada nə etməliyik. Mübarizələrə girəndə vərəqə yox, top almağı fikirləşirəm. 

Bu gün onların mənfi tərəflərindən danışmasam, yaxşıdır. Sabah oyunda göstərsək, yaxşı olar. “Çelsi”ni təhlil etmişik, fərqli sxemdə oynayırlar. Çox yüksək pressinq edirlər, amma boşluqları da olur. Sabah Allah qoysa, bundan istifadə edə bilərik”.

Seçilən
28
3
idmanxeber.az

6Mənbələr