AZ

Elvin Cəfərquliyev: “Bütün Azərbaycanın gözü bizdə olacaq”

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının IV turunun “Çelsi” ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi bu fikirləri səsləndirib:

“Sabah çox böyük komandaya qarşı oynayacağıq. Bunun fərqindəyik. Çox inamlı, mübariz və səbirli olmalıyıq. Bilirik ki, bu oyunun mahiyyəti böyükdür. Bütün Azərbaycanın gözü bizdə olacaq. Komanda olaraq çox rahat oynamalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Fərqli sistemdə oynayırlar. Ani səhv hər şeyi həll edə bilər. Rəqibin güclü futbolçuları var. Komanda olaraq oyuna hazırıq”.

 

– “Çelsi”nin sağ ciahında Estevao oynayacaq. Onun texnikalı və simulyasiyaya meyilli olmasını nəzərə almısan? Yəqin ki, sənə vərəqə aldırmağa çalışacaq.

– Bu cür böyük oyunlarda temp yüksək olur. Birəbir mübarizələrdə çox yaxşı oynamağı bacarmalısan. Belə futbolçulara qarşı çox oynamışıq. Bilirik harada nə etməliyik. Mübarizələrə girəndə vərəqə yox, top almağı fikirləşirəm.

 

– “Çelsi”ni hansı axsayan məqamları ola bilər ki, onları üstələyəsiz?

– Bu gün onların mənfi tərəflərindən danışmasam, yaxşıdır. Sabah oyunda göstərsək, yaxşı olar. “Çelsi”ni təhlil etmişik, fərqli sxemdə oynayırlar. Çox yüksək pressinq edirlər, amma boşluqları da olur. Sabah Allah qoysa, bundan istifadə edə bilərik.

Seçilən
20
3
msport.az

6Mənbələr