EN

Xüsusi nümayəndə: Zəngilan şəhəri və Cəbrayılın Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir

Hazırda Zəngilan şəhərində, Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir.

Chosen
83
9
apa.az

10Sources